...

RAFİQ ƏLİYEV ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İSLAMIN SİSTEMLİ TƏDRİSİNİN TƏRƏFDARIDIR

Cəmiyyət Materials 13 Oktyabr 2005 13:57 (UTC +04:00)

"Azərbaycanın dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Rafiq Əliyev ümumtəhsil məktəblərində islamın sistemli tədrisinin tərəfdarıdır". Trend in xəbər verdiyi kimi, bu barədə o, oktyabrın 13-də keçirilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinnə görə, hazırda dərs proqramlarında islamın tədrisinə cəmi 164 saat ayrılıb. Lakin bu çox azdır", - deyə R.Əliyev qeyd edib.

""Gənclər siyasəti haqqında" konsepsiyada bu işlərin təşkil olunması sahəsində Dövlət Komitəsi və Gənclər, İdman və Turizm Nazirliyinin vəzifələri aydın göstərilib. Bu sahədə sistemli iş təşkil etmək lazımdır. Cəmiyyətin özü təhsilə diqqət tələb edir. İlk növbədə pedaqoji təcrübəyə malik yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır", - deyə R.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti