...

Qəzetlərin "Azərbaycan" nəşriyyatına borcu ilə bağlı xüsusi komissiya yaradılacaq

Cəmiyyət Materials 10 Dekabr 2005 10:58 (UTC +04:00)

Mətbuat Şurası 4 nəşrin bu qurumun üzvlüyünə qəbulu barədə qərar çıxarıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

"EU xəbər", "Azərbaycan mədəniyyəti və incəsənəti" qəzetləri, "Xəzər" və "Professional mühasib" jurnalları Mətbuat Şurasının yeni üzvləri olub. Həmçinin, Mətbuat Şurasının İdarə Heyəti "Dəryaz", "Böyük millət", "Dövlət hüququ", "Gün" və "İdeal" qəzetləri ilə əlaqədar şikayətlərin müvafiq inzibati orqanlarda baxılmasına qərar verib. Eyni zamanda "Elçi", "Bizim yol", "Vətəndaş həmrəyliyi", "Realnıy Azerbaycan", "Açıq fikir", "Press publika" və digər qəzetlərlə bağlı qərarlar çıxarılıb.

İdarə Heyəti qərarı alıb ki, qəzetlərin "Azərbaycan" nəşriyyatına borcu ilə bağlı xüsusi komissiya yaradılsın. Həmin komissiyaya nəşrlərin borc ödəmə imkanlarının hansı səviyyədə olduğunu müəyyənləşdirmək vəzifəsi tapşırılacaq.

Xəbər lenti

Xəbər lenti