...

Azərbaycan boks yığmasının Avropa Çempionatında çıxış edəcək tərkibi müəyyən edilib

Cəmiyyət Materials 7 İyul 2006 13:00 (UTC +04:00)

Azərbaycan boks yığmasının iyulun 14-də Plovdivdə başlayacaq Avropa Çempionatında çıxış edəcək tərkibi müəyyən edilib. Milli Komandanın baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, kollektiv 11 çəki kateqoriyasında təmsil olunacaq. Bolqar rinqinə Ceyhun Əbiyev (48 kq), Samir Məmmədov (51 kq), Rəhim Nəcəfov (54 kq), Şahin İmranov (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Cavid Tağıev (75 kq), Zaur Teymurov (81 kq), Elçin Əlizadə (91 kq) və Amil Kərimov (+91 kq) çıxacaq. Bundan başqa Azərbaycanı hakimlər korpusunda təmsil edəcək beynəlxalq dərəcəli hakim Niftalı Quliyev də Bolqarıstana yola düşəcək.

Qeyd etmək lazımdır ki, sonuncu qitə çempionatında komanda iki bürünc mükafat qazanıb.

Xəbər lenti

Xəbər lenti