...

Böyükağa Ağayev: ""Qarabağ" - "Zimbru" cütlüyünün favoriti iki görüşün nəticələrindən sonra məlum olacaq"

Cəmiyyət Materials 13 İyul 2006 11:10 (UTC +04:00)

""Qarabağ" - "Zimbru" cütlüyünün favoriti yalnız iki görüşün nəticələrindən sonra məlum olacaq". Bu barədə komandanın baş məşqçisi Böyükağa Ağayev UEFA Kubokunun 1-ci raundu çərçivəsində iyulun 13-də moldavanlarla səfər görüşü ərəfəsində bildirib.

Trend in klubun rəsmi saytına istinadən xəbər verdiyi kimi, Moldova KİV-nin suallarını cavablandıran məşqçi proqnoz verməyib. "Sizin məşqçiniz bizə iri hesabla necə qalib gəlmək barədə düşünə bilər. Fikrimcə, hər şeyi oyunun gedişi göstərəcək", - deyə B.Ağayev bildirib. Mütəxəssis onu da etiraf edib ki, komandanın orta xətti bir neçə futbolçunun zədə alması və buna görə də onların meydana çıxa bilməyəcəyi ilə əlaqədar zəifləyib.

Xatırladaq ki, "Qarabağ" Kişinyova təlim-məşq toplanışları keçirdiyi Türkiyədən gəlib.

Xəbər lenti

Xəbər lenti