...

Azərbaycan voleybolçuları Qazaxıstan komandasını qəbul edəcək

Cəmiyyət Materials 29 İyul 2006 12:57 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması Qazaxıstan komandası ilə bir neçə ev yoxlama görüşü keçirməyi planlaşdırır.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata əsasən, qonaqlar Faiq Qarayevin idmançılarının məşq keçdiyi Qubaya təşrif buyuracaq. "Hazırlıq avqustun 15-nə qədər davam edəcək və bu müddət ərzində komandalar Qazaxıstanla yoldaşlıq yarışlarında oynayacaq ki, Qran-Pri seçmə turnirinə qədər yaxşı formada olsun. Ola bilsin ki, Bir neçə oyun Bakıda keçirilsin, lakin cədvəl hələ dəqiqləşdirilməyib" - deyə Z.Gözəlbəyli vurğulayıb.

Qeyd etmək lazımdır ki, rəqiblər bu yaxınlarda keçirilən Boris Yeltsin Kubokunda görüşüb və yoxlama matçlarının təşkili barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti