...

Corc Buş dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 26 Sentyabr 2006 17:04 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş və onun xanımı Lora Buş dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Trend in ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verdiyi kimi, C.Buş qeyd edib ki, Ramazan müsəlman ilinin ən müqəddəs vaxtı olaraq müsəlmanların ibadət etdiyi, oruc tutduğu və şəxsi bağlılıqlarını nümayiş etdirdikləri bir bayramdır.

Müsəlmanların təsəvvürlərinə görə, Ramazan ayı Allahın Quranı Məhəmməd Peyğəmbərə çatdırdığı aydır. Ramazan həm də dostlar və ailələrlə birlikdə toplaşıb xeyriyyəçilik işləri ilə Allaha minnətdarlıq nümayiş etdirmək üçün bir imkandır.

ABŞ prezidenti hesab edir ki, Ramazan və digər bayramlar ortaq dəyərləri xatırlamaq üçün yaxşı bir vaxtdır. "Cəmiyyətimizi zənginləşdirən müsəlman vətəndaşların inanclarına bağlılığı ölkəmizdə mövcud olan dini azadlıq ərməğanını bizə xatırladır", - deyə müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti