...

Azərbaycanın uşu üzrə idman ustaları olimpiya yığmasının tərkibinə daxil olacaqlar

Cəmiyyət Materials 28 Oktyabr 2006 14:22 (UTC +04:00)

Azərbaycanın uşu üzrə idman ustaları olimpiya yığmasının tərkibində Pekində keçiriləcək 2008- Olimpiya oyunlarına yola düşəcəklər.

Milli Federasiyanın vitse-prezidenti Azər Həsənovun Trend ə verdiyi məlumata görə, uşu Çində müsabiqədənkənar təqdim olunacaq və burada yerli idmançılarımız öz qüvvələrini sınamaq niyyətindədirlər. "Hələlik komandanın heyəti müəyyən olunmayıb və hələ vaxtımız var ki, həqiqətən yaxşıları seçək. Qabaqda kollektivi Avropa çempionatı, eləcə də gələn il Pekində keçiriləcək dünya birinciliyi gözləyir. Onların yekunlarına əsasən də seçim olacaq", - deyə A. Həsənov vurğulayıb.

O, həmçinin qeyd edib ki, müsabiqədənkənar proqramın mükafatçıları Olimpiya Oyunları medalları ilə təltif olunmayacaqlar, belə ki, hələlik uşu olimpiya proqramına daxil deyil.

Xəbər lenti

Xəbər lenti