...

Üçüncü Ağ-qara təntənəli şənlik yaxınlaşır

Cəmiyyət Materials 4 May 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /müx.Trendlife Rəna Şirəliyeva/ Bakıda may ayının 19-da Ağ-qara adlı tənətənəli şənlik keçiriləcək. Trendlife-ın verdiyi məlumata görə, tədbirin təşkilatçısı Azərbaycandakı Amerika Ticarət Palatasıdır (Amcham).

"Hyatt" Beynəlxalq görüş və Konfrans Mərkəzinin "Quba" zalında keçən bu tədbir artıq paytaxtda üçüncü dəfədir ki, keçirilir. Tədbirdə iştirak etmək istəyən hər kəs oyunun qaydalarına ciddi əməl etməlidir. Belə ki, təntənəli şənliyə klassik üslubda, yalnız ağ-qara geyimdə olanlar buraxılacaqlar. Tamaşaçıları gözəl müsiqilər, xüsusi dəvət olunmuş Filippin qrupunun ifasında mahnılar, caz-benda, çoxlu uduşlar, bir çox hədiyyələr gözləyir. Yeri gəlmişkən, qiymətli hədiyyələrdən biri də aviabiletdir. Qeyd edək ki, Ağ-qara təntənəli şənliyinə giriş 100 manatdır.

Xəbər lenti

Xəbər lenti