...

Azərbaycan yığması Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 15 İyun 2014 16:03 (UTC +04:00)
Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub.
Azərbaycan yığması Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub.

Trend-in məlumatına görə, hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.

Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər.

Qızıl medala 18.366 balla rusiyalı idmançılar sahib çıxıblar.

Bolqarıstan komandası isə 17.583 balla üçüncü olub.

Bu, Azərbaycan gimnastlarının qazandığı 3-cü medaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti