...

Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir (FOTO)

İdman Materials 3 İyun 2015 10:49 (UTC +04:00)
Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir.
Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışlarının başladığını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Yay futbol məktəbinin məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.

Məktəbə Gəncə, Qax, Xaçmaz, Sumqayıt və Bakıda təşkil olunmuş seçimlərdə 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mik Benet (Mick Bennett) tərəfindən həyata keçirilib.

Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər gənc iyun ayının 1-dən 5-dək Bakıda "Bayıl Arena" stadionunda təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Təlimlərə "Mançester Yunayted" klubunun Azərbaycana ezam olunmuş məşqçiləri Qarvey Luiz (Garvey Louis) və Ollieuz Kristofer (Ollieuz Christopher) rəhbərlik edir.

"Üçüncü dəfədir ki, AFFA və Mançester Yunayted ilə birlikdə Mançester Yunayted Yay Futbol Məktəbini təşkil edirik. Bul il seçimlərdə iştirak edən uşaqların sayı ötən ildəkindən təxminən 300 nəfər artıqdır və bu sayın ildən-ilə artması layihənin uğurlu olmasına işarə edir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar ikinci və hətta üçüncü dəfədir ki, seçimdə iştirak edir və müvəffəqiyyətlə növbəti mərhələyə keçirlər. Bu o deməkdir ki, insanlar seçim prosesinin şəffaflığına və məktəbin effektivliyinə etibar edirlər. Hazırda məktəbimizin məzunlarının 80%-indən çoxu perspektivli klubları təmsil edir, digərləri isə müxtəlif maraqlı təkliflər alırlar. Onlardan biri bu il U-13 Liqasında ən yaxşı oyunçu adına layiq görülüb, başqa bir iştirakçının isə "Fenerbahçe" klubunda çıxış edəcəyi gözlənilir. Azərbaycanlı uşaqların futbol sahəsindəki uğurları bizi sevindirir", deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov "Mançester Yunayted" kimi təkcə Avropada deyil, bütün dünyada tanınmış bir brendin Azərbaycanda olması çox müsbət hal olduğunu vurğulayıb: "Bu layihə artıq üçüncü ildir ki, uğurla həyata keçirilir. Futbola həvəsi olan, yaşıdlarından öz istedadları ilə seçilən 30-dan artıq uşağın əvvəlcə Bakıda toplanışda olması, sonra onların arasından bir neçə nəfərin seçilərək İngiltərəyə - Mançester Yunayted Yay Futbol Məktəbinə göndərilməsi həmin uşaqların peşəkar futbol mühitinə doğru inamlı addım atmasına münbit şərait yaradıb. Bu layihədən bir müddət sonra Bakıda daimi fəaliyyət göstərən Mançester Yunayted Futbol Məktəbinin öz işinə başlamasını da yüksək qiymətləndiririk. İnanırıq ki, bu əməkdaşlıq və uğurlu layihələr sayəsində istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsi istiqamətində müsbət nəticələr əldə edə biləcəyik".
***
Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti