...

Hərbçilərin VI Dünya İdman Oyunlarında uğurla çıxış edən millimizin üzvləri Vətənə qayıdıblar

İdman Materials 13 Oktyabr 2015 19:41 (UTC +04:00)
Koreya Respublikasında təşkil olunan Hərbçilərin VI Dünya İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar.
Hərbçilərin VI Dünya İdman Oyunlarında uğurla çıxış edən millimizin üzvləri Vətənə qayıdıblar

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Koreya Respublikasında təşkil olunan Hərbçilərin VI Dünya İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə, Gənclər və İdman nazirliklərinin, federasiyaların nümayəndələri və jurnalistlər qarşılayıblar.

Hərbiçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan təmsilçiləri idmanın üç növü - cüdo, taekvondo və güləş üzrə yarışlarda 12 medal qazanıblar.

Azərbaycan millisi ümumi komanda hesabında 15-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti