(video əlavə olunub)
Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.
Trend-in məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb.
Ağdam təmsilçisi səfərdə Fransanın "Monako" klubu ilə qarşılaşıb. Bu oyunda "Qarabağ" minimal hesabla uduzub - 0:1.
Qol: Traore, 70 (1:0)