...

Qurban Qurbanov: "Əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər"

İdman Materials 16 Dekabr 2015 19:24 (UTC +04:00)
"Əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər".
Qurban Qurbanov: "Əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər"

Bakı. Trend:

"Əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər". Trend PFL-in saytına istinadən məlumat verir ki, bunu Premyer Liqanın XVII turunun "Qarabağ" - "Sumqayıt" oyunundan (2:2) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

"Qarabağ"ın baş məşqçisi düşünür ki, çox çətin, ağır bir oyun oldu: "Öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi".

Q.Qurbanov bildirib ki, futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur: "Çünki futbolçular çox yükləniblər. Əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm".

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov isə əks-hücumlara güvəndiklərini deyib: "Başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, "Qarabağ"la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə "İnter"ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, "Qarabağ"la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti