...

Təhsil Nazirliyi ABL Cup 2017/18 turnirinin Yaz kubokunda iştirakını təsdiqlədi

İdman Materials 30 Mart 2018 12:08 (UTC +04:00)
Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilib.
Təhsil Nazirliyi ABL Cup 2017/18 turnirinin Yaz kubokunda iştirakını təsdiqlədi

Bakı. Trend:

Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilib.

Trend-in məlumatına görə, korporativ komandaların futbola olan marağını görərək, məhz bu səbəbdən ASEP (Azfar Sport Events & Promotion) şirkəti ABL Cup 2017/18 turnirini təşkil edib.

Biznes liqanın Yaz kuboku uğrunda mübarizəyə Azərbaycan Respublikası Təhsil Nazirliyi qatılıb. Komandaya gələcək oyunlarında uğurlar arzu edirik.

Qeyd edək ki, ABL Cup 2017/18 Yaz kuboku 7 aprel tarixində start götürür.

Turnirin ən maraqlı məqamlarını qaçırmamaq üçün, turnirin rəsmi səhifəsini www.abl.az-da izləməyi unutmayın.

Yarışda iştirak üçün yerlərin sayı məhduddur.

Daha ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az , eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti