Bakı. Elçin Mehdiyev – Trend:
Bakıda Formula 2-nin birinci əsas yarışı başa çatıb.
Trend-in məumatına görə, 20 pilotdan 13-ü finişə gəlməyi bacarıb.
Bakıda yarışı başa çatdıra bilməyən pilotlar "Campos Vexatec Racing" komandasının pilotları - italiyalı Luka Giotto və israilli Roy Nisani, "BWT Arden" komandasının alman pilotu Maksimilian Günter, "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov, "PERTAMINA PREMA Theodore Racing"dən niderlandlı Nik de Vries, "Charouz Racing System"dən isveçrəli Lui Deletras, "Trident"dən hindistanlı Arcun Maini olub.
İlk yarışın qalibi isə "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken tutub. Üçüncü yerdə "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib.