...

Azərbaycan gimnastı EYOF-un gümüş medalını qazandı (FOTO)

İdman Materials 26 İyul 2019 15:34 (UTC +04:00)
Azərbaycan atleti XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.
Azərbaycan gimnastı EYOF-un gümüş medalını qazandı (FOTO)

Bakı. Trend:

Azərbaycan atleti XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, gimnastımız Səməd Məmmədli dəstəli at yarışlarında uğurla çıxış edərək 13,600 xal toplayıb. O, bu nəticə ilə gümüş medala sahib olub.

Gimnastımız sərbəst hərəkətlərdə isə 13,733 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

Birinci yerdə isə Ukrayna idmançısı Nazar Çepurnıy (13,900 xal), üçüncü yerdə Vladimir Kostyuk (Ukrayna, 13, 533 xal) qərarlaşıb.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti