...

Luis Rubiales İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib

İdman Materials 11 Sentyabr 2023 07:42 (UTC +04:00)
Luis Rubiales İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib

Bakı. Trend:

Luis Rubiales İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bu barədə L.Rubiales öz "Х" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Bu gün mən prezident səlahiyyətlərini icra edən Pedro Roçeya RFEF prezidenti vəzifəsindən istefa verdiyim barədə məlumat verdim. Mən onu da bildirdim ki, Avropa Futbol Assosiasiyaları İttifaqındakı vəzifəmlə eynisini etmişəm ki, vitse-prezident vəzifəm qorunsun. Beynəlxalq Futbol Federasiyasının diskvalifikasiyasından, eləcə də mənə qarşı açılan digər prosedurlardan sonra vəzifəmə qayıda bilməyəcəyim aydın məsələdir", - deyə o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti