Bakı. Trend:
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" ötən axşam Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Trend xəbər verir ki, Zaqreb təmsilçisi 14-cü turda səfərdə "Varazdin"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+4-cü dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib. Bu, Mahirin mövsüm ərzində "Dinamo"da vurduğu 5-ci qoldur.
"Varazdin" - "Dinamo" - 1:1
Qollar: Ristovski, 54-avtoqol (1:0), Mahir Emreli, 90+4 (1:1)
Bu nəticədən sonra "Dinamo" 23 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Riyeka"nın 27 xalı var.