Bakı. Trend:
"Barselona" Frenki De Yonqla müqavilə müddətini artırmaq niyyətindədir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, kataloniyalılar ilin sonunadək futbolçu ilə razılıq əldə etməyi arzulayırlar.
Niderlandlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayında bitəcək. Hələlik Frenki "Barselona"nın təklifini müsbət cavablamayıb.
Qeyd edək ki, De Yonq 2019-cu ildən komandanın şərəfini qoruyur. O, zədə üzündən bu mövsümdə cəmi 16 dəqiqə meydanda olub.