...

Premyer Liqa: XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb

İdman Materials 29 Mart 2025 14:00 (UTC +04:00)
Premyer Liqa: XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXVIII turunun açılış matçını, “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

Trend xəbər verir ki, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.

Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti