...

DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2019 17:48 (UTC +04:00)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.
DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Agentlikdən Trend-ə verilən məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti