2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib (FOTO)

2019-cu ildə 4 milyona yaxın insan dəmir yolundan istifadə edib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Trend-in məlumatına görə, QSC-nin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib.

Sədr qeyd edib ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" QSC dövlət başçısı İlham Əliyevin iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib: "Prezident İlham Əliyevin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb".

Cavid Qurbanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb: "Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib".

QSC sədri ötən il ərzində əldə olunan nailiyyətlərdən də danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018-ci illə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 % artıb.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxili və beynəlxalq istiqamətlərdə 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olub, bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir.

Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Cəmiyyətin kadr potensialından da danışan Cavid Qurbanov qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfər isə “Əmək veteranı” adı verilib.

2015-ci illə müqayisədə əməkhaqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.

Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
Səfir: Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Loading Bars
Xəbər lenti
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb
UFC turnirində Tuxuqov Agiları nokauta saldı
ABŞ-da avtobus qəzası nəticəsində 3 nəfər həlak olub
Çinin Hubey əyalətində sutka ərzində koronavirusa yoluxanların sayı 630 nəfər artdı
Almaniyada məhkəmə “Tesla”ya meşə massivini kəsməyə icazə verdi
Bakıda qəzaya uğrayan avtomobil alışıb (VİDEO)
Almaniyada naməlum şəxslər qəlyan salonuna atəş açdılar
Tərtər rayonunda mərmi tapıldı (FOTO)
”Erazmus” proqramı “Brexit”dən sonra təhlükə altındadır
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar (FOTO)
Ağstafada mağazada yanğın qeydə alınıb
Bakıda 3 otaqlı evdə yanğın olub
"Saudi Aramco" Səudiyyə Ərəbistanında ən böyük qaz yatağının kəşfinə başlayacaq
Hindistanın şimalında iki böyük qızıl yatağı tapıldı
Azərbaycan cüdoçusu Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninə layiq görülüb (FOTO)
Braziliyada polislərin etiraz aksiyaları davam edir
Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələnib
Gədəbəydə ev yanıb
MSK DSK-nın qərarını qüvvədə saxladı
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib
Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlanıb (SİYAHI)
MSK 66 saylı Biləsuvar seçki dairəsinin qərarını qüvvədə saxlayıb
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
MSK DSK-nın qərarını qüvvədə saxladı
Neftçalanın sabiq icra başçısı və digər saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib (ƏLAVƏ OLUNUB)
İranda koronavirusa görə məktəblər bağlandı
MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Kürdəmirdə ana və uşağın müəmmalı ölümü ilə bağlı cinayət işi başlanıb
Sabunçu üçüncü seçki dairəsi ilə bağlı müraciət təmin edilmədi
MSK DSK-nın qərarını qüvvədə saxladı
Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib
Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib
Prezident İlham Əliyev Estoniya Prezidentini təbrik edib
Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxs təltif edilib (SİYAHI)
Dövlət Agentliyinin işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM
Qaradağ seçki dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı
Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb (FOTO) (YENILƏNİB)
Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb (FOTO) (YENİLƏNİB)
MSK-nın seçkilərlə bağlı iclası başladı
Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edilib
Beynəlxalq Etnoidman Forumu gələn il Bakıda keçiriləcək (FOTO)
Biləcəridə “BMW” piyadanı vurub öldürdü
Ukraynalı ekspert: Prezident İlham Əliyevin İtaliyaya səfəri Asiyadan Avropaya yeni yol açacaq
Bir gündə 46 nəfər saxlanılıb
Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları nağıl tamaşa ilə sevindirəcək
İrandakı koronavirusa görə Azərbaycan gömrükdə nəzarəti daha da gücləndirib
Dövlət Gömrük Komitəsinin sədri 3-cü "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb (FOTO)
Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb (FOTO)
Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq
Avtomobil yolları işçilərinin peşə bayramıdır
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı (FOTO)
Deputat İsraildə Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)
Arzu Nağıyev: Azərbaycanın “Böyük Yeddilik” üzvü olan İtaliya ilə belə bir vacib sənəd imzalaması olduqca mühüm əhəmiyyət daşıyır
"Keşlə" dairəsində dövrə vuran DYP avtomobili barədə araşdırmalara başlandı
İranda koronavirusa yoluxanların sayı 28-ə çatıb
Trend-in Baş direktor müavini Sevil Mikayılova Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya əlamətdar səfəri barədə (VİDEO)
Bakıda daha bir nizamlanan piyada keçidi qoyulub (FOTO)
Sabah hava küləkli, çiskinli olacaq
Narkotik saxlayan Quba sakinləri saxlanılıb (FOTO)
Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib
Naxçıvan Ali Məclisinə yeni TƏYİNAT
Azərbaycan təkcə İtaliya üçün deyil, həm də bütün Avropa İttifaqı üçün iri iştirakçıdır
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - Sədr seçiləcək
Gədəbəydən Bakıya gələn 21 yaşlı oğlan heroinlə yaxalandı
Tikinti obyektlərinin istismarına icazələri təmin edən elektron sistem bölgələrdə tətbiq edilir (FOTO)
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub (FOTO)
İtaliya Azərbaycanın tarixi abidələrinin qorunması və tanıdılmasına dəstək verəcək
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb (FOTO)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Saatlı və Sabirabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açıldı (FOTO)
Səfir: Azərbaycan və Latviya müntəzəm birbaşa aviareyslərin açılması imkanını nəzərdən keçirir
Azərbaycana gələn iranlılarda koronavirus şübhəsi ilə bağlı baş həkimdən AÇIQLAMA
Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır
Bakı polisi axtarışda olan 26 nəfəri bir gündə saxladı
Bu gün Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək (VİDEO)
Küveyt İranla uçuşları dayandırdı
İranda iki sərhədçi öldürülüb
Hacıqabul ikinci dəfə silkələndi (ƏLAVƏ OLUNUB)
Atəşkəs 23 dəfə pozuldu
Xocalı soyqırımı: Erməni yalanlarını ifşa edən beynəlxalq sənədlər
“Azəriqaz”: Yeni sayğaclara müdaxilələr azalacaq (VİDEO)
Azərbaycanda italyandilli kadrlara olan tələbat arta bilər
Amerikalı politoloq: Rəsmi Bakıya etimad yüksək səviyyədədir
FATF İranı "qara siyahı"ya əlavə edib
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb
Bakıda "Mercedes" yanıb
İtaliya Azərbaycan qazı sayəsində Avropanın qaz qovşağına çevriləcək
Sankt-Peterburq - Bakı reysi ləğv edilib (FOTO)
ABŞ Türkiyədə "Patriot" komplekslərinin yerləşdirilməsi barədə hələ ki qərar verməyib
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub - Yaralılar var
Meksikada həbsxanada qiyam olub - Ölənlər və yaralananlar var
Çində yeni növ koronavirusdan ölənlərin sayı artıb
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 34 nəfərə çatıb
Astarada qazanxanada yanğın olub
İtaliyada yeni növ koronavirusdan ilk ölüm halı qeydə alınıb
Bütün xəbərlər