Bakı. Ceyhun Ələkbərov - Trend:
10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının artıq 22 rezidenti var, onlardan 16-sı fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O, qeyd edib ki, "Yaşıl iqtisadiyyat" prinsipləri ilə fəaliyyət göstərən Parkda təkrar emal və 0 tullantı prinsipi ilə işləyən müəssisələrə üstünlük verilir.