...

Azad edilmiş ərazilərdə dəmiryol xətlərinin çəkilməsi sürətlə davam edir - Cavid Qurbanov

İqtisadiyyat Materials 23 İyul 2021 13:06 (UTC +04:00)
Azad edilmiş ərazilərdə dəmiryol xətlərinin çəkilməsi sürətlə davam edir - Cavid Qurbanov

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətlərində dəmiryol xəttinin çəkilməsi ilə bağlı işlər sürətlə davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır.

O qeyd edib ki, ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir: "Dəmiryol xəttinin çəkilişi zamanı işçilər minaların üzərindən keçiblər. Xoşbəxtlikdən mina partlamayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti