...

Horadiz-Ağbənd dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb

İqtisadiyyat Materials 12 Dekabr 2021 12:04 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

Trend xəbər verir ki, bunu ADY-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, işləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.

"40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq", - deyə C.Qurbanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti