...

“Huawei”in Azərbaycan nümayəndəliyinin “Gələcək üçün toxumlar” proqramının sayca 5-ci bağlanış tədbiri keçirildi

İqtisadiyyat Materials 8 Avqust 2022 10:50 (UTC +04:00)

Bakı. Trend:

Bakıda 2 avqust 2022-ci il tarixində “Huawei” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən “Gələcək üçün toxumlar” (“Seeds for the Future”) proqramının 5-ci bağlanış tədbiri baş tutub.

Mərasimdə 80-dən çox iştirakçı, o cümlədən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti cənab Lyu Tonq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Texniki Universitetinin və Milli Aviasiya Akademiyasının rektorları, digər universitetlərdən olan iştirakçılar, eləcə də Azərbaycanın aparıcı KİV nümayəndələri bir araya gəlib.

“Gələcək üçün toxumlar” onlayn təlim kursunda Azərbaycanın 4 aparıcı universitetinin (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası) ümumilikdə 30 tələbəsi iştirak edib.

"Gələcək üçün toxumlar" İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) sahəsində fəaliyyət göstərən "Huawei" şirkəti tərəfindən bütün dünyada başladılan qlobal və qabaqcıl korporativ sosial məsuliyyət proqramıdır. ("Huawei" müxtəlif universitetlərin telekommunikasiya sahəsində ixtisaslaşmış iştirakçı-tələbələrinə kommunikasiya avadanlıqları üzrə pulsuz təlimlər və praktiki məşğələlər təqdim edib.)

Səfir xanım Qo Min “Gələcək üçün toxumlar” proqramının uğurla həyata keçirilməsi münasibətilə təbriklərini çatdırıb:

"Huawei" şirkəti ölkədə rabitə vasitələrini və ətraf mühiti daim yaxşılaşdırmaqla Azərbaycanda informasiya infrastrukturunun qurulmasında fəal iştirak edir və İKT sahəsində daha çox istedadların inkişafına köməklik göstərir. “Gələcək üçün toxumlar” proqramı "Huawei" şirkətinin ikitərəfli əməkdaşlığı gücləndirmək və insanlar arasında mübadiləni genişləndirmək üçün önəmlitəşəbbüsüdür. Bundan əlavə, bu proqram Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin öz sosial məsuliyyətlərini necə yerinə yetirdiyini və bununla da ölkələr arasında insanlararası və mədəni mübadiləni necə təşviq etdiyini göstərir”.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Tədbirin keçirilməsinin əsas məqsədindən danışan “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti cənab Lyu Tonq layihənin vacibliyinə diqqəti çəkib:

“Son 18 il ərzində “Huawei” şirkəti 500-dən çox azərbaycanlı mühəndisi və yerli ali təhsil müəssisələrinin 30 qabaqcıl tələbəsini seçərək onlara təhsillərini Çində davam etdirmək imkanı qazandırıb. İKT sahəsində nailiyyətlər və bu sahədə təhsilin inkişafı hər bir ölkənin sosial-iqtisadi inkişafının ayrılmaz parçasıdır. Bu proqram qabaqcıl İKT texnologiyalarının mübadiləsi və tələbələrin praktiki təcrübəsinin zənginləşdirilməsi baxımından vacib platformadır. Proqram iştirakçıları İKT və mobil rabitə şirkətlərində səmərəli fəaliyyət üçün hazırlanırlar. “Huawei” şirkəti uzunmüddətli perspektivdə bu proqramın dünya üzrə genişləndirilməsini və yerli tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsini davam etdirməyi hədəfləyir”.

“Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti

Xatırladaq ki, Azərbaycanda “Gələcək üçün toxumlar” proqramına 2016-cı ildə start verilib. 2019-cu ildə rəsmi danışıqlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Huawei” şirkətinin layihənin uğurla həyata keçirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Əlavə edək ki, 2020-ci ilin sonunadək Azərbaycandan olan 36 tələbə proqramı uğurla başa vurub.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri vəzifəsinin icraçısı ilə tələbələrin mükafatlandırılması mərasimi

COVID-19 pandemiyası zamanı “Gələcək üçün toxumlar” proqramını davam etdirmək və daha çox tələbəni müxtəlif onlayn təhsil resursları ilə təmin etmək məqsədilə 2022-ci ildə proqram ilk dəfə olaraq onlayn formatda keçirilib.

Proqram çərçivəsində tələbələrə zəngin təcrübə əldə etmək imkanı, o cümlədən texnologiya kursları (5G, bulud texnologiyası, süni intellekt və s.), liderlik kursu, Çin mədəniyyəti, texnologiya sərgi salonuna səfər, “Tech4Good” qrup layihəsində iştirak və bütün dünyadan olan görkəmli həmkarları ilə mədəni mübadilə təklif olunur.

“Tech4Good-9G” qrup layihəsində qalib gəlmiş komanda

Yaxın gələcəkdə “Huawei” şirkəti istedadlı gənclərə təhsil və təlim vasitəsilə İKT sahəsində ekosistemin inkişaf etdirilməsi məqsədilə daha çox imkanlar təqdim etmək üçün yerli tərəfdaşlarla işləməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti