Bakı. Trend:
Bu il əsas kapitala yönəldilmiş vəsaitin həcmi artıb.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"2023-cü ilin 8 ayında əsas kapitala yönəldilmiş vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq, 10 mlrd. 864,8 mln. manata çatıb", - nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon manat yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 5,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər 5 faiz təşkil edib.