...

İlin əvvəlindən Türkiyənin Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 27 Noyabr 2023 20:25 (UTC +04:00)
İlin əvvəlindən Türkiyənin Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Tuzla limanı 4 milyon 47 min 928 ton yük qəbul edib.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən 2 milyon 573 min 55 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 474 min 873 ton yük daşınıb.

“2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Tuzla limanından 84 min 466 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Türkiyə limanları 483 min 733 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 420 min 465 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 31 milyon 298 min 405 ton olub.

Bununla yanaşı, 2023-cü ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 273 min 241 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 326 milyon 329 min 82 ton yük qəbul edib.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 24 milyon 187 min 613 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 302 milyon 141 min 469 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 56 milyon 996 min 122 ton tranzit yük daşınıb.

Xatırladaq ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Məlumata əsasən, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Xəbər lenti

Xəbər lenti