Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə baş tutan “Dünya İnsan Resursları Sammiti-2024” tədbirində 2 mükafat qazanıb. 50 ölkədən 500-dən çox iştirakçının və İnsan resursları sahəsində tanınmış liderlərin qoşulduğu tədbirdə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynova “İlin ən yaxşı insan yönümlü Baş direktoru” mükafatı təqdim edilib. Bank eyni zamanda “Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyasında da təltif edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.