...

Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün elektron xəritə hazırlanıb

İqtisadiyyat Materials 5 Aprel 2024 12:27 (UTC +04:00)
Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün elektron xəritə hazırlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən elektron xəritə hazırlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirdə çıxışında deyib.

"Azərbaycanın su ehtiyatlarının qiymətləndirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən elektron xəritə hazırlanıb. Xəritədə lazımi bütün detallar var. Son iki il ərzində ölkədə 150 suölçən cihaz quraşdırılıb. Bu il 40 bu cür cihazın quraşdırılması planlaşdırılır", - o deyib.

Onun sözlərinə görə, bir tərəfdən xüsusən yayda güclü daşqınların şahidi oluruq, digər tərəfdən isə yüksək temperatur səbəbindən uzunmüddətli quraqlıqlar su ehtiyatlarımız üçün böyük təhdid törədir.

"Bu hadisələr təkcə kənd təsərrüfatının fəaliyyətini təhdid altına qoymur, həm də ərzaq təhlükəsizliyi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və əhalinin sosial-maddi rifahına birbaşa təsir göstərir. Kosmik müşahidə stansiyaları və peyklər dəniz səviyyəsinin, buz örtüklərinin və atmosferimizdə insan fəaliyyətinin daim artan karbon izinin müəyyən edilməsinə mühüm töhfələr verir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 5-də iki dildə və beş bölmədən ibarət olan yeni elektron platforma ictimaiyyətə təqdim olunub. "Azersky" peykinin verilənləri əsasında burada dərc olunan məlumatlar iqlim dəyişikliyi barəsində məlumatlılığın artmasına imkan yaradacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti