...

Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv edib

İqtisadiyyat Materials 12 Dekabr 2024 13:59 (UTC +04:00)
Mərkəzi Bank investisiya şirkətinin lisenziyasını ləğv edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyası ləğv edilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, ASC İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv olunub.

Qeyd edək ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.

Xəbər lenti

Xəbər lenti