...

Almaniya Bankı öz riskləri hesabına Azərbaycanı kredit ayırmağa hazırdır: KfW-nin birinci vitse-prezidenti ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 10:55 (UTC +04:00)
Almaniya Bankı öz riskləri hesabına Azərbaycanı kredit ayırmağa hazırdır: KfW-nin birinci vitse-prezidenti ilə müsahibə

Azərbaycan, Bakı / " , müxbir İ.Xəlilova/ Azərbaycanın Almaniyanın KfW inkişaf bankı ilə əməkdaşlığı 1994-cü ildən başlanıb. Bankın fəaliyyətinin strateji istiqamətlərindən biri enrgetika, su infrastrukturunun bərpası, maliyyə, bank və özəl sektorun, səhiyyənin və ətraf mühitin inkişafına yardım göstərməkdir. Bankın Azərbaycan üzrə portfeli 180 mln. avrodan çoxdur.

KfV-nin Avropa və Qafqaz üzrə birinci vitse-prezidenti Roland Siller Trend a müsahibəsində bankın gələcək siyasəti və Azərbaycanla əməkdaşlığın istiqamətlərindən bəhs edib.

- Digər maliyyə institutlarının portfelindən fərqli olaraq, KfW-nin Azərbaycan üzrə bir neçə dəfə kiçik olan portfelinin artırılması mümkündürmü?

- Portfel arta bilər. Biz Azərbaycanda işləməyə başlayanda vəziyyət o qədər də yaxşı deyildi, indi isə ölkənizin iqtisadiyyatı inkişaf etməkdədir, biz təkcə güzəştli kreditlər deyil, eləcə də, öz risklərimiz hesabına vəsaitlər təqdim edə bilərik. Biz banklar qrupuyuq və inkişaf bankını təmsil edirik, lakin biz, öz məsuliyyəti və riski hesabına, böyük məbləğdə kredit ayıra biləcək kommersiya strukturuna da malikik.

- Bu məsələ Azərbaycan hökuməti ilə müzakirə olunurmu?

- Hələ ki yox, lakin biz bu istiqamətdə iş aparırıq, çünki KfW Azərbaycanla əməkdaşlığını genişləndirmək niyyətindədir. Biz öz tərəfdaşlarımızla birlikdə yeni ideyalar və təklifləri müzakirə edəcəyik.

- Azərbaycan hökumətinin Sahibkarlığa Yardım Milli Fondu vasitəsilə orta və kiçik biznesin inkişafı üçün üçüncü kreditin ayrılması təklifi KfW üçün nə dərəcədə münasibdir?

- Biz Almaniya-Azərbaycan Fondu, KfW-nin törəmə şirkəti olan DEG tərəfindən təsis edilən Azərbaycan Mikromaliyyələşdirmə Bankının misalında müsbət nəticələr və əlverşli layihələrə malilik vaə bu layihələr vasitəsilə 95 mindən çox kredit ayırmışıq.

Azərbaycan tərəfinin təklifinin təfərrüatlarıyla öyrənmək və yalnız bundan sonra hər hansı bir fikir söyləmək olar. Bizim məsədimiz geniş əhali kütləsinin və Azərbaycanın orta və kiçik biznesinin maliyyələşməsi ilə bağlı vəziyyətin yaxşılaşdırılmasıdır. Yalnız Azəbaycan Mikromaliyyələşdirmə Bankının proqramı əsasında portfel 75 mln. avro təşkil edir və bu kreditlər hər birinin dəyəri 10 min avro olan layihələrə ayrılıb. Portfelin keyfiyyətinin yüksək olması və kiçik sahibkarların krediti vaxtında qaytarması sevindirici haldır.

- KfW Azərbaycana hansı yeni məhsullar təqdim edə bilər və Bakıya səfəriniz çərçivəsində, ölkənin maliyyə strukturları ilə gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunubmu?

- Azərbaycan üçün yeni təkliflərimiz və məhsullarımız var və biz bunları artıq razılaşdırmışıq. Bu, kənd təsərrüfatı kreditləridir və bu məqsədlə bank 5 mln. avro ayırıb. Həmçinin, enerjidən səmərəli istifadə olunması işində kiçik və orta sahibkarlığa kömək etmək niyyətindəyik. Maliyyə sektorunda bizim əməkdaşlığımızın ən yaxşı nümunəsi Əhalinin Əmanatlərinin Sığortası Fondudur ki, bu Fond bankda kiçik həcmdə əmanətləri olan əmanatəçiləri müdafiə edəcək.

- Bank tərəfindən ölkənin kənd təsərrüfatının maliyyələşdiriliməsinə konkret olaraq nə vaxt başlanacağı gözlənilir? Maliyyələşməni yerli banklar vasitəsilə həyata keçirmək nə dərəcədə mümkündür?

- Biz artıq bu layihənin ekspertizasını aparmışıq və layihəni qəbul etmişik. Hesab edirəm ki, gələn ilin yay aylarında birinci kreditləri ayıra biləcəyik. Maliyyələşmə məqsədilə ayrı-ayrı maliyyə institutları seçmək niyyətindəyik və bu institutlara subordinasiya olunmuş kreditdlər ayıracağıq ki, onlar bu vəsaiti öz kapitallarına daxil etsinlər və bu vəsaitlərdən kənd əhalisinə kreditlər vermək üçün istifadə etsinlər.

- KfW-nin kənd təsərrüfatının maliyyələşməsinə ayırdığı kreditin o qədər də böyük olmadığını nəzərə alsaq, maliyyə institutlarının hər biri hansı həcmdə kredit ala bilər?

- Əlbəttə, bu o qədər də böyük məbləğ deyil. Biz kiçik məbləğdən başlayacağıq və bu sahədə təcrübəyə malik olan hətta qeyri-bank sektorundakı QHT ilə də işləmək istərdik. Bu institutlara inkişaf və ya bankın yaradılması mərhələsində olan qeyri-bank kredit təşkilatları daxil ola bilər.

- Nə üçün KfW bu təcrübədə regionlarda geniş filial şəbəkəsinə malik olan Azərbaycanın bank sektorunun xidmətlərindən yararlanmır?

- Məsələ burasındadır ki, heç də bütün kommersiya bankları kənd yerlərində işləməyə hazır deyil, yalnız bir bank belə bir təşəbbüslə çıxış edib. Yekun qərar qəbul olunmadığından, mən bu bankın, eləcə də, kənd təsərrüfatının maliyyələşməsinə cəlb olunacaq digər bankların adlarını açıqlaya bilmərəm.

- Azərbaycanda enerjinin səmərəli istifadəsi sisteminin yaxşılaşdırılması məqsədilə KfW kiçik və orta sahibkarlıqdan necə istifadə etmək niyyətindədir?

- Bunlar, enerjiyə qənaət edən yeni texnologiya tətbiq etməklə, elekritrik enerjisinə qənaət etmək istəyən kiçik və orta sahibkarlar ola bilər. Rusiya və Almaniyanın təcrübəsinə əsasən, biz istiliyi qoruyub saxlamaq məqsədilə pəncərələrini daha etibarlısı ilə əvəz etmək, yaxşı izolyasiyaya malik qapılar quraşdırmaq istəyən mənzil və həyatanı evlərin sahibərini maliyyələşdiirirk. Enerji daşıyıcılarının qiyməti artdığından, 5-10 min avro kredit alaraq,mənzili təmir etmək olar və beləliklə, əhali bundan udacaq və enerjini baha qiymətə almalı olmayacaq.

Maliyyələşmə bu məhsula maraq göstərən banklar vasitəsilə həyata keçiriləcək. Biz bu alətlə bağlı danışıqlara hələ başlamamışıq, lakin Bakıya səfərim çərçivəsində, hökumət üzvləri ilə keçirilən görüşdə layihənin səmərəlşi olduğunu qeyd etdim.

- Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüş zamanı ölkədəki sənaye və kommunal tullantıların emalı üzrə layihələrin maliyyələşdirilməsində KfW iştirakını təklif etmisiniz. Bankın bu sahədə malik olduğu təcrübədən danışa bilərsinizmi?

- Bizim sənaye tullantılarının emalı sahəsində böyük təcrübəmiz var. Türkiyədə su, kanalizasiya və tullantılarla bağlı, kiçik şəhərlərdə ümumi dəyəri 600 mln. avro olan layihə həyata keçirmişik. Bu, bizim Azərbaycanla bölüşmək istədiyimiz böyük bir təcrübədir, lakin biz təkcə maliyyələşmə deyil, bütün kommunal xidmətlər göstərə biləcək funksional strukturun yaradıdmasını təklif edirik.

Bu layihə "Azərenrji" ilə müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti