...

Naxçıvanda ÜDM-in həcmi 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva / Yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) ÜDM-in həcmi 2006-cı ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 22 faiz artaraq, 496,3 mln. manata çatıb. Bu barədə çərşənbə axşamı Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Bu dövr ərzində ÜDM strukturunda 44,7 faiz və ya 222 mln. manat məhsul istehsalı, 247,4 mln. manat (49,9 faiz) həcmində əlavə dəyər göstərilən xidmətlər, 5,4 faiz və ya 27 mln. manat məhsul və idxala olan təmiz verginin payına düşüb.

Xəbər lenti

Xəbər lenti