...

ABB-Moskva "MasterCard"ın prinsipial üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycan Beynəlxalq Bankı - Moskva (ABB-Moskva) "MasterCard International" beynəlxalq ödəmə sisteminin prinsipial üzvü statusunu alıb, - cümə günü ABB-dən deyiblər. Bank 2005-ci ildən "VISA International" beynəlxalq ödəmə sisteminin assosiasiya edilmiş iştirakçısı statusuna da malikdir.

Ötən il bank şəxsi "VISA" kartlarının fəal emissiyasını həyata keçirib və təxminən 11 000 kart buraxıb. Kart xidmətinin rahatlığı üçün bankomatların (hazırda onların sayı 25-ə bərabərdir) və POS-terminalların (təxminən 100) sayı daim çoxalır, əmək haqqı layihələri və tərəfdaşlıq proqramları həyata keçirilir.

Bank müasir kart xidmətlərinin hazırlanması və tətbiqinə böyük diqqət yetirir. 2007-ci ildə müştərilərə "Card Transfer" xidməti təqdim olunub. Bu xidmət, bank kartları ilə Rusiya və Azərbaycan arasında pul köçürmələrinin həyata keçirilməsinə imkan yaradır, bu da müəyyən dərəcədə hesab açmadan adi pul köçürmələrinin alternatividir. Tezliklə bankın müştəriləri "MasterCard" kartları da alacaqlar.

2004-cü ildə Rusiya Mərkəzi Bankının fiziki şəxslərin hesabları ilə rublda və xarici valyutada əməliyyatların həyata keçirilməsinə dair lisenziyanın alınması, Sığorta Əmanətləri Sisteminə daxil olunması, ABB-Moskvaya hesablarla fəal işləmək və fiziki şəxslərin vəsaitlərini cəlb etmək imkanı verib. Strateji prioritet kimi pərakəndə biznesin inkişaf proqramı hazırlanıb və tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti