...

Azərbaycanın Neftçala rayonunda investisiya layihələrinin maliyyələşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 17:13 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Neftçala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Azərbaycanın Neftçala rayonunda investisiya layihələrinin maliyyələşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Neftçala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Oktyabrın 29-da ölkənin Neftçala rayonunda keçirilən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Nəticədə Neftçala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- camışçılığın, balıqçılığın və zeytunçuluğun inkişafı;

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq və damazlıq broyler təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 432-39-69. Faks: (012) 434-74-29. e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti