Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir N.İsmayılova /
Azərbaycan Sahibkarları Milli Konfederasiyası (ASMK) ölkə regionlarında innovasiya texnologiyalarının tətbiqinin təşviqi məqsədilə bu gün Bakıda Azərbaycan-Almaniya aqrar biznes forumu keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə təşkilatın prezidenti Məmməd Musayev deyib.
"Forumda 12-dən artıq alman şirkəti iştirak edir ki, onlar fəaliyyətləri və öz şirkətlərinin imkanları üzrə Azərbaycan sahibkarları üçün təqdimat keçirirlər", - Musayev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan hökumətinin əsas məqsədi rəqabətədavamlılığın artırılması və regionlarda istehsal olunan məhsulların ixracıdır.
"Nümayəndə heyətinin tərkibinə innovativ avadanlıqların tədarükçüləri olan şirkətlər, Azərbaycan məhsullarının Almaniyaya ixracına dəstək göstərə biləcək konsaltinq və investisiya şirkətləri daxildir", - Musayev deyib.
Forumda 50-yə yaxın Azərbaycan şirkəti iştirak edir.
Musayevin sözlərinə görə, bu, artıq il ərzində azərbaycanlı və alman sahibkarların onuncu görüşüdür.