...

2016-cı ilədək Bakı Metropolitenində stansiyaların sayı 31-ə çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2013 17:41 (UTC +04:00)
2016-cı ilə qədər Bakıda 8 yeni metrostansiyanın istismara veriləcəyi planlaşdırılır.
2016-cı ilədək Bakı Metropolitenində stansiyaların sayı 31-ə çatdırılacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

2016-cı ilə qədər Bakıda 8 yeni metrostansiyanın istismara veriləcəyi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə xəbər çərşənbə günü Bakı Metropoliteninin rəsi Tağı Əhmədova istinadən metropolitenin rəsmi saytında dərc olunub.

Əhmədovun sözlərinə görə, 2014-cü ildə Bakı metrosunda yeni, sayca üçüncü xətdə iki stansiyanın istifadəyə verilməsi planlaşdırılır. 2016-ci ilə qədər olan dövr ərzində bu xətdə daha 3 yeni stansiya istismara veriləcək.

"Yaşıl xətdə isə, ən azı, 3 stansiya istifadəyə veriləcək", - Bakı Metropoliteninin rəhbəri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti