Azərbaycan, Bakı, 15 may /Trend/
Bu gün Bakının Səbail rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin (Azərbaycanın milli su operatoru) çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumatda deyilir: "Bakı şəhəri Səbail rayonu ərazisində 500 mm diametrli magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 15-də gün ərzində 20-ci sahə yaşayış massivinə və Salyan şosesinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq".
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.