...

Ukrayna və Azərbaycan birgə karantin fitosanitar nəzarətini həyata keçirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 15:12 (UTC +04:00)
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Ukrayna hökumətləri arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında saziş baxılması üçün parlamentin plenar iclasına tövsiyə edilib.
Ukrayna və Azərbaycan birgə karantin fitosanitar nəzarətini həyata keçirəcəklər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir A.Axundov/

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Ukrayna hökumətləri arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında saziş baxılması üçün parlamentin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, saziş 2013-cü il noyabrın 18-də Kiyevdə imzalanıb. Sazişə əsasən, tərəflər karantini aparılan zərərli orqanizmlərin siyahılarının mübadiləsini həyata keçirirlər. Sazişə görə, karantin nəzarəti altında olan materialların idxalı, ixracı və tranziti hər bir tərəfin yerli qanunvericiliyinə uyğun olaraq sərhəd-buraxılış məntəqələrində həyata keçiriləcək.

İclasda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Məmmədəli Dünyamalıyevin sözlərinə görə, Ukrayna MDB məkanında Azərbaycanın belə bir saziş imzaladığı ilk ölkədir: "Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları üçün Ukrayna bazarı böyük potensiala malikdir".

Azərbaycan Ukraynaya tərəvəz, meyvə, çay və digər kənd təsərrüfatı məhsulları ixrac edir.

Onun sözlərinə görə, bu sazişi Ukraynanın Gömrük İttifaqına daxil olmasınadək imzalamaq önəmli idi: "Azərbaycan bənzər saziş layihəsini Rusiya ilə müzakirə edir, lakin tərəflər hələ də razılığa gələ bilməyiblər".

M.Dünyamalıyev vurğulayıb ki, Azərbaycan daha 12 ölkə ilə bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti