...

Mərkəzi Bank: Türk lirəsi bahalaşmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 17:44 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankının (TMB) milli valyutanın ucuzlaşmasını dayandırmaq cəhdlərindən sonra ölkədə dolların məzənnəsi 1,17 faiz - 1 ABŞ dollarına görə 2,2393 lirə səviyyəsinədək aşağı düşüb.
Mərkəzi Bank: Türk lirəsi bahalaşmağa başlayıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Mərkəzi Bankının (TMB) milli valyutanın ucuzlaşmasını dayandırmaq cəhdlərindən sonra ölkədə dolların məzənnəsi 1,17 faiz - 1 ABŞ dollarına görə 2,2393 lirə səviyyəsinədək aşağı düşüb. Trend xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.

TMB yanvarın 28-də (bir gün əvvəl dolların rəsmi məzənnəsi rekord göstəriciyə - 2,3142 lirəyə çatıb) lirənin məzənnəsinin aşağı düşməsini dayandırmaq üçün 3 əsas faiz dərəcəsini artırıb.

Bununla belə, həftəlik REPO-nun faiz dərəcəsi 4,5-dən 10 faizədək artırılıb.

Bundan başqa, TMB kreditlər üzrə faiz dərəcələrini 7,75-dən 12 faizədək, depozitlər üzrə isə 3,5-dən 8 faizədək artırıb.

Qeyd edək ki, Mərkəzi Bank daha əvvəl türk lirəsinin məzənnəsini sabit vəziyyətdə saxlamaq üçün 2 milyard dollar həcmində intervensiya həyata keçirmişdi, lakin bu cəhd uğursuz alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti