...

Qırğızıstan Azərbaycanın uğurlu islahatlarına maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 20:56 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğızıstan Respublikasının Hökumət Aparatının Təşkilati-nəzarət işi və yerli özünüidarəetmə şöbəsinin inspektoru Jenişbek Asankulov Asankuloviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qırğızıstan Azərbaycanın uğurlu islahatlarına maraq göstərir

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğızıstan Respublikasının Hökumət Aparatının Təşkilati-nəzarət işi və yerli özünüidarəetmə şöbəsinin inspektoru Jenişbek Asankulov Asankuloviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Nazir müavini qonaqları səmimi salamlayaraq son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması istiqamətində görülən işlər barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb.

J.Asankulov səmimi qəbula görə öz təşəkkürünü bildirərək Azərbaycanda həyata keçirilən uğurlu islahatlara maraq göstərdiklərini ifadə edib və bu sahədə ikitərəfli əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti