...

Nyu Meksiko ştatı Azərbaycanla aqrar sahədə əməkdaşlıq etmək istəyir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2015 16:38 (UTC +04:00)
Bu gün kənd kəsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Nyu Meksiko ştatının senatoru Meri Kei Papen və həmin ştatdan olan bir qrup iş adamından ibarət nümayəndə heyəti ilə görüşüb.
Nyu Meksiko ştatı Azərbaycanla aqrar sahədə əməkdaşlıq etmək istəyir (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Bu gün kənd kəsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Nyu Meksiko ştatının senatoru Meri Kei Papen və həmin ştatdan olan bir qrup iş adamından ibarət nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Nyu Meksiko ştatı ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, eləcə də ticarət əlaqələrinin təşviqi üçün mövcud imkanlar barədə müzakirələrin aparılması olub.

Nazir müavini Nyu Meksika ştatı ilə Azərbaycan arasında sıx əlaqələr olduğunu, o cümlədən sözügedən ştat arasında Xocalı qətliamı haqqında və ölkəmizdə yaradılmış tolerantlıq mühitini təqdir edən qətnamələrin qəbul edilməsində senator xanım M.Papenin böyük rolu olduğunu diqqətə çatdırıb və təşəkkürünü bildirib.

İ.Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini qonaqların diqqətinə çatdırıb. O, Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələri yüksək qiymətləndirərək, baytarlıq sahəsində regionlarda ən müasir tələblərə cavab verən baytarlıq laboratoriyalarının yenidən qurulmasına dəstək verdiyinə görə ABŞ hökumətinə minnətdarlığını bildirib.

Nazir müavini Azərbaycanda kənd təsəsrrüfatının inkişafı üçün əlverişli investisiya mühitinin olduğunu və ABŞ-ın iş adamları ilə Azərbaycanın iş adamları arasında görüşlərin keçirilməsini təqdirəlayiq hesab edib, ekoloji təmiz meyvə və bostan məhsulları istehsalı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, müasir suvarma texnologiyalarının tətbiqi sahəsində layihələrin həyata keçirilməsi, şərabçılıq və üzümçülük sahəsində təcrübə mübadiləsinin aparılmasına dair təklifləri nəzərə çatdırıb.

İ.Quliyev 20 faiz torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal edilməsi və bir milyon qaçqın və məcburi köçkünü olan ölkəmizin mövcud çətinliklərinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının yüksək templə inkişaf etdiyini qonaqların diqqətinə çatdırıb.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub və iş adamları ilə geniş fikir mübadiləsi aparılıb.

Senator M.Pape səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti