...

Azərbaycan İrandan yüksək keyfiyyətli barama toxumlarının tədarükünə başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2016 20:12 (UTC +04:00)
İrandan tədarük edilmiş yüksək keyfiyyətli barama toxumları ölkəmizə gətirilərək 14 aprel tarixində Qax Damazlıq ipəkçilik stansiyasında inkubasiyaya qoyulub.
Azərbaycan İrandan yüksək keyfiyyətli barama toxumlarının tədarükünə başlayıb (FOTO)

Bakı. Trend:

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, barama toxumunun alınması məqsədilə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov İran İslam Respublikasının Rəşt şəhərində yerləşən Barama toxumu istehsalı müəssisəsində olub, toxumun alınması və respublikaya gətirilməsi ilə bağlı müzakirələr aparıb, eyni zamanda İranın Gilan Əyalətinin valisi doktor Nəcəfi ilə görüş keçirilib. Həmçinin nazir müavini yerli televiziya kanalına müsahibə verib.

İrandan tədarük edilmiş yüksək keyfiyyətli barama toxumları ölkəmizə gətirilərək 14 aprel tarixində Qax Damazlıq ipəkçilik stansiyasında inkubasiyaya qoyulub. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunacaq barama qurdlarının 26 aprel 2016-cı il tarixdə rayonlar üzrə müəyyənləşdirilmiş bölgü əsasında bəslənilməsi üçün kümçülərə ödənişsiz olaraq paylanılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti