...

Nazir müavini: Azərbaycan özünü taxılla tam təmin edə biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 15:34 (UTC +04:00)
Azərbaycan yaxın vaxtlarda özünü ərzaq taxılı ilə tam təmin edə biləcək.
Nazir müavini: Azərbaycan özünü taxılla tam təmin edə biləcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan yaxın vaxtlarda özünü ərzaq taxılı ilə tam təmin edə biləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib

Onun sözlərinə görə, məqsəd Azərbaycanı təkcə taxılla deyil, həm də kənd təsərrüfatı məhsullarının digər növləri ilə təmin etməkdən ibarətdir: "Ölkəni taxılla hələ 100 faiz təmin edə bilmirik və onun müəyyən hissəsi idxalın payına düşür".

İ.Quliyev Kənd Təsərrüfatı Nazirliyinin atdığı zəruri addımlar qismində aqrotexniki tədbirləri, gübrə və pestisidlərin 70 faizlik endirimlə verilməsini, sahibkarların zəruri texnika ilə təmin edilməsini və s. göstərib: "Bütün bunlar deməyə imkan verir ki, Azərbaycan yaxın vaxtlarda özünü ərzaq taxılı ilə tam təmin edə biləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti