...

Azərbaycandan Rusiyaya pomidor ixracı 5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 15:30 (UTC +04:00)
Azərbaycandan Rusiyaya pomidor ixracı son vaxtlarda 5 dəfə artıb.
Azərbaycandan Rusiyaya pomidor ixracı 5 dəfə artıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycandan Rusiyaya pomidor ixracı son vaxtlarda 5 dəfə artıb. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev 22-ci Azərbaycan Beynəlxalq "Qida sənayesi" və 10-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgilərinə həsr edilmiş mətbuat konfransında deyib.

O vurğulayıb ki, Rusiya Azərbaycan kənd təsərrüfatı məhsullarının iri idxalçılarından biridir.

İ.Quliyev qeyd edib ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyəti Azərbaycana gələrək yerindəcə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi proseduru ilə tanış olmaq imkanı əldə etdi: "Rosselxoznadzor" Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünün artım potensialını təsdiq etdi. Bunun üçün iki ölkənin hökuməti tərəfindən kənd təsərrüfatı məhsullarının ixracı üçün "yaşıl dəhliz" yaradıldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti