Bakı. Trend:
Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurasının yeni tərkibinə Mixail Eduardoviç Oseyevski rəhbərlik edəcək.
Bankdan Trend-ə verilən məlumata görə, o, Bank VTB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Mixail Oseyevski 1960-cı ildə Leninqrad şəhərində anadan olub. Bank VTB-də 2012-ci ildən fəaliyyət göstərir. VTB24 və VTB (Gürcüstan) Müşahidə şuralarının tərkibinə daxildir, eləcə də VTB (Qazaxıstan) və VTB (Belarus) banklarının Direktorlar şuralarının üzvüdür.
Bank VTB-nin (Azərbaycan) Müşahidə Şurası sədrinin müavinləri vəzifəsinə Anna Şumeyko və Rəşad Rəsullu təyin edilib. Bankın Müşahidə Şurasının tərkibinə həmçinin VTB-nin (Azərbaycan) səhmdarlarının nümayəndələri daxil olub: "AtaHoldinq"dən Müseyib Əliyev və Qorxmaz Ağayev, eləcə də VTB-dən Sergey Tsarev və VTB24-dən Dmitriy Popov.