...

Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2017 13:16 (UTC +04:00)
Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir.
Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər adama ildə orta hesabla 280 qram bal düşür. Nazirlik rəsmisi bu rəqəmin 1 kiloqramadək çatdırmaq lazım olduğunu bildirib:

“Azərbaycanda hər arı ailəsindən ildə 10 kiloqram bal yığılır. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici orta hesabla ildə 20,5 kiloqrama bərabərdir”.

Q.Əbdüləliyev qeyd edib ki, hazırda Azərbaycanda 6 minə yaxın adam arıçılıqla məşğul olur: “İndi Azərbaycanda 300 min arı ailəsi var, biz bu rəqəmi 600 minə çatdırmaq niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti