...

Ləki-Qəbələ dəmir yolu tikintisinin yekunlaşacağı VAXT açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2019 17:38 (UTC +04:00)
Ləki-Qəbələ dəmir yolunun tikintisi ilə bağlı torpaq yatağının qurulması işləri ilin sonuna qədər yekunlaşacaq.
Ləki-Qəbələ dəmir yolu tikintisinin yekunlaşacağı VAXT açıqlanıb

Bakı. Sara İsrafilbəyova - Trend:

Ləki-Qəbələ dəmir yolunun tikintisi ilə bağlı torpaq yatağının qurulması işləri ilin sonuna qədər yekunlaşacaq.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq şöbəsinin rəisi Əli Qasımov deyib.

Şöbə rəisinin sözlərinə görə, sonradan bu ərazidə dəmir yolu relslərinin qurulması isə gələn ilin ortalarına qədər davam edəcək.

Ə.Qasımov bildirib ki, Ləki-Qəbələ dəmir yolu ilə İsveçrənin "Stadler" qatarlarının xəttə buraxılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti