...

PAŞA Bank və CUBICS Technology ilə rəqəmsal biznes dünyasını kəşf edin!

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2019 12:11 (UTC +04:00)
Ölkənin aparıcı korporativ bankı olaraq PAŞA Bank hər zaman müasir rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir və öz müştərilərinin biznesinin inkişafına dəstək verməyə səy göstərir.
PAŞA Bank və CUBICS Technology ilə rəqəmsal biznes dünyasını kəşf edin!

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı olaraq PAŞA Bank hər zaman müasir rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir və öz müştərilərinin biznesinin inkişafına dəstək verməyə səy göstərir.

PAŞA Bank Azərbaycanda rəqəmsal biznes həlləri sahəsində aparıcı şirkət olan CUBICS Technology ilə strateji tərəfdaşlıq çərçivəsində öz müştərilərinə qeyri-bank xidmətlərini təqdim edir.

Şəxsi biznesi olan PAŞA Bank müştəriləri CUBICS Technology şirkətinin yaratdığı üç biznes təyinatlı məhsuldan faydalana bilərlər:

Bulud CRM - Azərbaycanda ilk bulud əsaslı CRM sistemi

Hər bir biznesin əsas məqsədi perspektiv müştəriləri cəlb edib onları saxlamaqdır. Rahat CRM sistemindən istifadə bu məqsədə nail olmağa imkan yaradır. Müştərilərin cəlb etmə və onlarla əlaqə qurma proseslərinin avtomatlaşdırılması, quraşdırılmış telefoniya funksiyası, SMS və elektron poçt bülletenləri modulların mövcudluğu və bir çox digər sistem xüsusiyyətləri sayəsində biznesin idarə edilməsi daha asan olacaq.

Elektron-ticarət üçün mobil tətbiq – şirkətin brendinə asanlıqla uyğunlaşa bilən ilk mobil e-ticarət platforması

Cəmi 21 gün ərzində istənilən brend AppStore, GooglePlay və WEB versiyasında öz ticarət tətbiqetmələrini əldə edə bilər. Artıq proqramçılara və onlayn texnologiyaların yaradılmasına böyük məbləğdə vəsait xərcləməyə ehtiyac qalmayacaq. Bütün məzmunları sadə bir vahid panel vasitəsilə idarə etmək mümkündür. Bu, şəxsi mobil tətbiqetmələr üzərindən dərhal ticarətə başlamaq və brendin onlayn biznesini inkişaf etdirmək üçün ideal bir fürsətdir.

Çat-bot - saytın ziyarətçiləri ilə ünsiyyət qurmağın ən yaxşı yolu.

Getdikcə geniş yayılan Çat-bot xidməti 24 saat ərzində müştərilərlə əlaqə saxlamaq imkanı verir. Müştərilər istənilən zaman birbaşa satış menecerinə sual verə və dərhal sualın cavabını ala bilərlər. Bu alət onlayn satış saytlarında istifadə edildikdə heç bir müştərinin istəyini qaçırmamağa kömək edir.

Qeyd etmək lazımdır ki, PAŞA Bankın müştəriləri Bankla əlaqə saxlamaqla Cubics Technology şirkətinin təqdim etdiyi qeyri-maliyyə xidmətlərini əhəmiyyətli endirimlərlə əldə edə bilərlər.

Xidmətlər və xüsusi qiymətlər haqqında daha ətraflı məlumat:
https://www.pashabank.az/non_finance/az/pashabank_nonfinance_services

*9123 / (+99 412) 496 50 00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti