...

Azərbaycan və Rusiya "ağıllı" şəhər və kənd layihələri konsepsiyasının hazırlanması üzərində işləyir - Nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2021 12:02 (UTC +04:00)
Azərbaycan və Rusiya "ağıllı" şəhər və kənd layihələri konsepsiyasının hazırlanması üzərində işləyir - Nazir müavini

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan və Rusiya "ağıllı" şəhər və kənd layihələri konsepsiyasının hazırlanması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda "Ağıllı şəhər" infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

Onun sözlərinə görə, Rusiya ilə İKT sahəsində əməkdaşlıq fəal inkişaf edir.

"Bu sektorun gələcək inkişafını çox vacib hesab edirəm. Biz "ağıllı" şəhər və kənd layihələrinin konsepsiyasının hazırlanması üzərində işləyirik. Biz həmçinin bu istiqamətdə Rusiya şirkətləri ilə görüşlər planlaşdırırıq", - deyə nazir müavini bildirib.

R.Hümmətov əlavə edib ki, nəqliyyat sektorunda bir sıra layihələr uğurla reallaşdırılır.

"Biz dəmiryol xətlərinin modernləşdirilməsi üçün tədbirlər görürük. Biz, həmçinin ölkəmizi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqələndirən bir sıra yolları istismara vermişik. Bundan başqa, iki ölkə arasında gömrük sektorunda normativ-hüquqi bazanın genişləndirilməsi üzrə işlər aparılır", - deyə nazir müavini vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti